Zəvvarlarımızın Həcc ziyarətinə gedəcəyi tarix AÇIQLANDI
28 yanvar 2020 14:46 (UTC +04:00)

Zəvvarlarımızın Həcc ziyarətinə gedəcəyi tarix AÇIQLANDI

Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu davam edir.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Lent.az-a verilən məlumata görə, hazırda 20-yə yaxın müraciət qeydə alınıb.

QMİ-dən o da bildirilib ki, zəvvarların Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gediş-dönüşü iyulun 20-dən avqustun 15-dək nəzərdə tutulur: “Zəvvarları aparan ilk təyyarənin iyulun 20-də yola düşəcəyi nəzərdə tutulur. Hazırda bununla bağlı AZAL-a məktub yazılır. Onların cavabından sonra tarix tam dəqiqləşəcək”.     

Xatırladaq ki, Həcc ziyarətinə sənəd qəbulu yanvarın 24-dən başlayıb.

Sənədlərin qəbulu Ramazan ayının (may ayının sonu) sonuna kimi davam edəcək.

Həcc ziyarətinə 1500 nəfərlik kovata ayrılıb.

Ziyarətin qiyməti isə bir nəfər üçün 4490 dollar müəyyən edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1413

Oxşar yazılar