Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən qənd sexi aşkarlandı
28 yanvar 2020 13:12 (UTC +04:00)

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən qənd sexi aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Alaçadırlı kəndində fəaliyyət göstərən fiziki şəxs Sadıqov Vüqar Ənvər oğluna məxsus qənd sexində reyd həyata keçirib.

Agentlikdən Lent.az-a verilən məlumata görə, reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin kobud şəkildə pozulduğu aşkarlanıb.  Müəssisədə xammal  və hazır məhsulların düzgün şəkildə saxlanılmadığı, müvafiq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı məlum olub. İstifadə edilən xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlərin mövcud olmadığı da müəyyənləşdirilib.

Yoxlama zamanı sexdə istehsal edilən qənddən nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun (AQTİ) müvafiq laboratoriyalarına göndərilib.

Aşkar olunmuş faktlar əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

 

 

# 985
avatar

Aygün İbrahimli

Oxşar yazılar