
"Əbədi" batareya hazırlandı
Yaxın 10-15 ildə Böyük Britaniyada bir çox atom elektrik stansiyalarının öz fəaliyyətini dayandıracağı gözlənilir.
Lent.az "ictnews"a istinadən xəbər verir ki, Bristol Universitetinin alimləri radioaktiv tullantılardan "əbədi" batareya hazırlanması üsulunu düşünüblər.
Böyük Britaniyada radioaktiv tullantılarla dolu bir neçə atom elektrik stansiyası var. Əvvəllər tullantıları xüsusi ayrılmış yerlərdə basdırır və ya utilizasiya edirdilər. Alimlərin yeni həlli karbon-14 izotopunun daha səmərəli tətbiqinə imkan verir. Bu elementin parçalanma müddəti 5730 ildir. Bristol Universitetinin alimləri tərəfindən hazırlanmış və radioaktiv əraziyə yerləşdirilmiş süni almaz kiçik elektrik cərəyanı yarada bilir. Bu, min illərlə işləyə bilən batareya hazırlamağa imkan verir.
Belə batareyalar eşitmə aparatları, kardiostimulyatorlar, peyk və kosmik gəmilərdə istifadə edilə bilər.

Oxşar yazılar

Tripolidə küçə qarşıdurmalarında yaralıların sayı 226-ya çatdı - YENİLƏNİB
28 yanvar 2021 , 02:56
Ərdoğan İlon Maskla kosmik əməkdaşlığı müzakirə etdi
27 yanvar 2021 , 23:40Gənc reper özünü öldürdü
27 yanvar 2021 , 19:19
Evli sevgilisini güllələyib sonra da...
27 yanvar 2021 , 16:44
Bu ölkədə 76 günə virusdan ölüm sayı 100 mini keçdi
27 yanvar 2021 , 09:45
Koronavirusun daha təhlükəli nəticələri MƏLUM OLDU
27 yanvar 2021 , 08:10Həftəsonu Yer kürəsi yaxınlığından böyük asteroid keçəcək
27 yanvar 2021 , 04:18
Etirazçılar Paşinyanın diplomatik pasportunu oğurlayıblar
27 yanvar 2021 , 02:12