“Sanki ən yaxınlarımdan birini itirmişəm” - Səmədov
27 yanvar 2020 17:21 (UTC +04:00)

“Sanki ən yaxınlarımdan birini itirmişəm” - Səmədov

 

Əfsanəvi basketbolçu Kobi Brayantın helikopter qəzasında ölməsi idman dünyasını şoka salıb. 

Lent.az-ın məlumatına görə, Rusiya millisinin Azərbaycan əsilli sabiq futbolçusu Aleksandr Səmədov da bu hadisəyə biganə qalmayıb.

Brayantın ölümü Səmədova çox pis təsir edib: “Kobinin həyatını itirdiyini eşidəndə donub qaldım. Əvvəlcə inanmaq istəmədim, şayiə olduğuna ümid etdim. Ancaq sonra bunun yalan olmadığını anladım. Mənə çox ağır zərbə oldu. Sanki ən yaxınlarımdan birini itirmişəm. Gecə hadisədən xəbər tutandan sonra başımın ağrısından yata bilmədim. Brayant əsl şəxsiyyət, bir çoxuna kumir idi. MBA-nı çoxdan izləyirəm. Xoşbəxtlikdən, Kobinin tarix yazdığını görmək mənə qismət olub. Rəqib oyunçuları necə aldatdığını xatırlayıram. Hamısı gözümün önündə canlandı”.

Qeyd edək ki, Kobi Brayant helikopterin ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında yerə çırpılması nəticəsində ölüb.

 

 

# 2744
avatar

Rizvan Babayev

Oxşar yazılar