Boşanmışdılar, yenidən sevişirlər
27 yanvar 2020 19:26 (UTC +04:00)

Boşanmışdılar, yenidən sevişirlər

 

2005-ci ildə boşanan Hollivudunulduzları Bred Pitt və Cennifer Aniston arasındakı sevginin yenidən alovlandığı söylənilir. 

Lent.az xarici KİV-ə istinadlaq xəbər verir ki, 50 yaşlı Cennifer Aniston və 56 yaşlı Bred Pitt ötən həftə qatıldıqları mükafatlandırma mərasimində boşanmalarından 15 il sonar ilk dəfə yan-yana gəliblər. 

Mərasimdə cütlüyün əl-ələ tutması heyranlarını da həyəcanlandırıb. 

Məlumata görə, cütlük arasında sevgi yenidən alovlanıb, son bir həftədə 5 dəfə görüşüblər. 

Anistonun dostları “Cennifer Bredi sevməkdən heç vaz keçmədi. Xəyanəti əfv etməsi vaxt aldı, amma sonunda əfv etdi”, - deyiblər. 

Bred Pittin ortaqlarında biri isə belə deyib: “İkisini də uzun zamandır bu qədər mutlu görmədim”. 

 

# 4304
avatar

Oxşar yazılar