Su kanalına düşən kənd sakini xilas edildi
27 yanvar 2020 10:55 (UTC +04:00)

Su kanalına düşən kənd sakini xilas edildi

Saatlıda kənd sakini su kanalına düşüb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, rayonun Mollavazlı kəndində 1 nəfər su kanalına düşərək köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

# 555
avatar

Mehman Nəbiyev

Oxşar yazılar