Beynəlxalq güclər, din-məhzəb amilindən istifadə edirlər - RƏSMİ - VİDEO
24 yanvar 2020 21:47 (UTC +04:00)

Beynəlxalq güclər, din-məhzəb amilindən istifadə edirlər - RƏSMİ - VİDEO

 

"Ərəb baharı" kimi "bahar"ların Azərbaycana proyeksiyası cəhdləri uğursuzluğa məhkumdur.

Lent.az xəbər verir ki, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan Televiziyasında (AzTV) aparıcı Rüfət Həmzəyevin təqdimatında efirə getmiş "Əsas Məsələ" tolk-şousunda din adı altında Azərbaycana və digər ölkələrə qarşı oyunlar oynamaq istəyən güclərlə bağlı şok faktlar açıqlayıb:

"Təəssüf ki, supergüclər öz maraqlarını təmin etmək üçün din amilindən, məzhəb amilindən faktiki olaraq yararlanmağa çalışırlar. Əslində "Ərəb baharı", o cümlədən Suriyada gedən proseslər din adı altında bəzədilmiş böyük güclərin, hansısa dövlətlərin maraqları çərçivəsində baş verən, yaxud onların diqtə etdiyi proseslərdir". (bakupost)

# 1464
avatar

Oxşar yazılar