Qadınların kişilərdən daha çox yaşamasının səbəbi: İl fərqi niyə azalıb?
24 yanvar 2020 09:02 (UTC +04:00)

Qadınların kişilərdən daha çox yaşamasının səbəbi: İl fərqi niyə azalıb?


Alimlər qadınların kişilərdən daha uzun ömür sürməsinin səbəbini açıqlayıblar.

e-tibb.az xəbər verir ki, Danimarka və Hollandiyadan olan mütəxəssislər qadınların kişilərdən daha çox yaşamasının "əsl səbəbi"nin nə olduğunu öyrəniblər.

Qroningen Universiteti və Cənubi Danimarka Universitetinin mütəxəssislərinin araşdırmasına görə, qadınlar kişilərə nisbətən orta hesabla iki il daha artıq yaşayırlar. “The Conversation”da dərc olunan məqalədə bildirilir ki, alimlər Şimali Amerika, Avropa və Okeaniya adalarında 1950-ci ildən 2015-ci ilə qədər olan dövrdə 50-85 yaş arasında varlı qadın və kişilərin ömrünün uzunluğunu təhlil ediblər.
Məlum olub ki, 1950-ci ildə kişilər qadınlardan 2,5 il, 1980-ci ildə isə 4,5 il daha az yaşayıblar. 2015-ci ilə qədər fərq azalmağa başlayıb və təxminən iki il təşkil edib.
Alimlərin fikrincə, buna səbəb siqaretdir. Mütəxəssislər kişilərin qadınlardan daha tez siqaret çəkməyə başladıqlarını vurğulayaraq qadınların bu zərərli asılılığa aludə olduğu dövrü təhlil edib, siqaretin insan ömrünün uzunluğuna ziyanlı təsirini aşkar ediblər.

Bu gün on illər sonra, siqaretin kişilərə ölümcül təsiri daha az olur, keçmişdə siqaret çəkən yaşlı qadınlara isə daha çox.

Yəni əvvəlcə təkcə kişilər siqaret çəkirdi və onun ziyanlı təsirindən yalnız kişilər ölürdü. Sonra qadınlar da siqaret çəkməyə başladılar və qadınlar arasında da bu səbəbdən ölüm halları qeydə alındı. Yəni ömür uzunluğunda fərqin azalması sırf bundan qaynaqlanır.

# 1325
avatar

Oxşar yazılar