Mehriban Əliyeva Mixail Qusmanı təbrik etdi
23 yanvar 2020 12:01 (UTC +04:00)

Mehriban Əliyeva Mixail Qusmanı təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, Mehriban Əliyeva çoxşaxəli istedadı, tükənməz enerjisi, yorulmaz fəaliyyəti və daim yeni yaradıcı zirvələri fəth etmək səyləri sayəsində Mixail Qusmanın cavan qalmağı bacardığını, nikbinlik və xeyirxahlığını itirməməyə müvəffəq olduğunu qeyd edib.

Birinci vitse-prezident vurğulayıb ki, Mixail Qusman əsl vətənpərvər kimi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verib.

Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, ona və ailəsinə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıb.

# 1167
avatar

Oxşar yazılar