Bakıda kişi yeyib-içdiyi qadını...
23 yanvar 2020 11:00 (UTC +04:00)

Bakıda kişi yeyib-içdiyi qadını...

Bakıda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, Bakı şəhər sakini, 35 yaşlı Abdullayev Bəhruz Azər oğlu 32 yaşlı Niftəliyeva Zümrüd Nurəddin qızı və tanışı, 39 yaşlı Cəbrayılov Taleh Cəlilağa oğlu Xətai rayonu ərazisində birlikdə yemək yeyib, spirtli içki qəbul edəndən sonra Bəhruz Abdullayevlə Zümrüd Niftəliyeva arasında mübahisə yaranıb.

Mübahisə nəticəsində B. Adbullayev Z. Niftəliyevanı yerə yıxaraq üzərində gəzdirdiyi bıçaqla qadına 16 bıçaq zərbəsi vuraraq qəsdən öldürməyə cəhd edib.

Daha sonra B. Abdullayev T. Cəbrayılovu bıçaqlayıb hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B. Abdullayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürməyə cəhd) maddəsilə cinayət işi başlanılıb.

 

# 1624
avatar

Mehman Nəbiyev

Oxşar yazılar