Avstraliyalı musiqişünas Ərtoğrol Cavidin bəstələrini yeni aranjimanda hazırlayacaq
22 yanvar 2020 19:38 (UTC +04:00)

Avstraliyalı musiqişünas Ərtoğrol Cavidin bəstələrini yeni aranjimanda hazırlayacaq

Avstraliyanın Kvinslənd vilayətində yerləşən Ormiston kollecinin professoru, musiqişünas Con Varney Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev Muzeyində olub.

Lent.az AMEA-ya istinadən xəbər verir ki, muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı ilə görüşən C.Varney Ərtoğrol Cavidin yaradıcılığı ilə maraqlandığını və onun bəstələdiyi musiqi əsərlərinə böyük qiymət verdiyini bildirib.

O, ədibin “Noktürn” və “Məzəli rəqs” adlı iki musiqi əsərini aranjiman etdiyini xatırladıb.

Qeyd edib ki, fortopiano üçün bəstələnmiş əsərlər yeni aranjimanda fleyta, skripka, violançel kimi musiqi alətlərində, eləcə də ansamblda ifa oluna biləcək.

Görüşün sonunda Ə.Cavidin digər bəstələrinin də gələcəkdə aranjiman olunmasına qərar verilib.

# 1743
avatar

Aygün İbrahimli

Oxşar yazılar