“Çelsi”nin “qol silahı” sıradan çıxdı
22 yanvar 2020 11:28 (UTC +04:00)

“Çelsi”nin “qol silahı” sıradan çıxdı

 


İngiltərə Premyer Liqasının 24-cü turunda öz meydanında “Arsenal”la heç-heçə (2:2) edən “Çelsi” itki ilə üzləşib. 

Lent.az-ın məlumatına görə, komandanın əsas hücumçusu Temmi Abraham sıradan çıxıb.

Ayaq biləyindən zədələnən 22 yaşlı forvardın hansı müddətə sıradan çıxdığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək. Abrahamın zədələnməsi ilə bağlı açıqlama verən “Çelsi”nin baş məşqçisi Frenk Lempard bunları deyib: “Hazırda dəqiq bir söz deyə bilmərəm. Ayaq biləyinə buz qoymaq məcburiyyətində qaldı. Tibbi müayinə zədəsinin nə dərəcədə ciddi olduğunu bəlli edəcək”.

Qeyd edək ki, Abraham cari mövsümdə “Çelsi”nin heyətində ümumilikdə 30 oyun keçirib və 15 qola imza atıb.

 

# 1623
avatar

Rizvan Babayev

Oxşar yazılar