
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda yanvarın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 22-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 6-10, Bakıda gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-3 dərəcə şaxta olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 22-də Abşeron yarımadasında mülayim gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Aygün İbrahimli
Oxşar yazılar

Bu prokurorluq işçilərinin ailə üzvlərinə pul kompensasiyası ödəniləcək
21 yanvar 2021 , 19:58
Azərbaycana üç ölkədən bu məhsulların idxalı məhdudlaşdırıldı
21 yanvar 2021 , 19:10
Şuşadakı 81 illik sirr, dağılan tifaq, bəy qızının inadı - Lent.az-da ROMAN KİMİ YAZI - I HİSSƏ
21 yanvar 2021 , 17:11
KORONAVİRUS STATİSTİKASI: Azərbaycanda yoluxma azaldı
21 yanvar 2021 , 17:03
Məktəblilər üçün qış tətilinin vaxtı AÇIQLANDI
21 yanvar 2021 , 16:29
"Şagirdlərə ikinci şans veriləcək" - RƏSMİ
21 yanvar 2021 , 16:27
Füzulinin Dördçinar kəndi - VİDEO
21 yanvar 2021 , 16:21
"Süni qiymətləndirmə istəmirik" - Nazirlik rəsmisi
21 yanvar 2021 , 16:18