Beyl “Real”la bağlı qərar verdi: qalır, yoxsa gedir?
21 yanvar 2020 12:01 (UTC +04:00)

Beyl “Real”la bağlı qərar verdi: qalır, yoxsa gedir?

 

Madrid “Real”ının futbolçusu Qaret Beyl karyerası ilə bağlı qərar verib. 

Lent.az-ın məlumatına görə, məşqçilər korpusu və rəhbərliklə yaxşı münasibətdə olmadığı deyilən uelsli hücumçu “kral klubu”ndan ayrılmayacaq.

Beyl ən azı müqaviləsinin sonuna qədər hazırkı komandasında qalacaq. 30 yaşlı futbolçu “Mançester Yunayted”dən təklif alsa da, İspaniyada qalmağı üstün tutub. Onun “Real”la sözləşməsinin müddəti 2022-ci ildə başa çatacaq.

Qeyd edək ki, 2013-cü ildən madridlilərin formasını geyinən Qaret Beyl cari mövsümdə ümumilikdə 14 oyunda meydana çıxıb və 2 qol vurub.

# 1556
avatar

Rizvan Babayev

Oxşar yazılar