Bakıda qazdan zəhərlənməyə görə çinayət işi açıldı
21 yanvar 2020 10:47 (UTC +04:00)

Bakıda qazdan zəhərlənməyə görə çinayət işi açıldı

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ev 15, mənzil 33-də qeydə alınıb. Həmin ünvanda yaşayan Liliya Çuprikova yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 

# 681
avatar

Oxşar yazılar