16 yaşlı nişanlı qızın intihar səbəbi bəlli oldu - TƏFƏRRÜAT
21 yanvar 2020 11:14 (UTC +04:00)

16 yaşlı nişanlı qızın intihar səbəbi bəlli oldu - TƏFƏRRÜAT

İmişlidə 16 yaşlı qızın intihar etməsi ilə bağlı bəzi detallar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, intihar edən Dünyaxanım Səmədova sonuncu dəfə nişanlısı ilə telefonla danışıb. D.Səmədova nişanlısının onu sevmədiyindən gileylənərək “məni sevmirsən” deyib və bundan sonra özünü asıb. Yeniyetmə qızın adaxlısı isə rayonun Qızılkənd sakini olduğu deyilir.

Deyilənə görə, D.Səmədovanın kasıb və sadə ailəsi olub. Kiminsə bu ailəyə qarşı düşmənçilik niyyətində olmadığı bildirilir.

***

20.01.2020

Saat: 22:18

İmişlidə intihar hadisəsi baş verib. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Otuziki kənd sakini, 2003-cü il təvəllüdlü Səmədova Dünyaxanım Abid qızı hamamda özünü asaraq intihar edib. 

İntihar edən qızın nişanlı olduğu bildirilir. 

Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

# 34177
avatar

Mehman Nəbiyev

Oxşar yazılar