Abşeronda keçmiş ər arvadının boğazını kəsib
20 yanvar 2020 22:18 (UTC +04:00)

Abşeronda keçmiş ər arvadının boğazını kəsib

 

 

Abşeron rayonunda qadın keçmiş ərinin hücumuna məruz qalıb.

APA xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib. 

1986-ci il təvəllüdlü Əliyeva Gülgəz Qurban qızına küçədə keçmiş əri hücum edib.

Əri bıçaqla onun boğazını kəsib. Yaralı çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, G.Əliyeva bir neçə ay bundan öncə ərindən boşanıb.

# 1321
avatar

Oxşar yazılar