İki futbolçumuz millidən kənarlaşdırıldı - SƏBƏB
20 yanvar 2020 18:05 (UTC +04:00)

İki futbolçumuz millidən kənarlaşdırıldı - SƏBƏB

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki üzvü düşərgədən kənarlaşdırılıb. 

Apasport.az saytının məlumatına görə, bunlar "Neftçi"nin qapıçısı Elnur Hüseynov və "Zaqatala"da eyni ampluada oynayan Vüsal Şabanovdur.

Onlar nizam-intizam qaydalarını pozduqlarına görə - siqaret çəkdikləri üçün komandanın heyətindən kənarlaşdırılıblar.

Hər iki futbolçunun intizamsız davranışı barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.

# 1464
avatar

Oxşar yazılar