Rusiyada hoteli su basdı: 5 nəfər ölüb
20 yanvar 2020 09:50 (UTC +04:00)

Rusiyada hoteli su basdı: 5 nəfər ölüb

 

Yanvarın 20-nə keçən gecə Rusiyanın Perm vilayətinin Sənaye rayonunda yaşayış binasının birinci mərtəbəsində yerləşən "Karamel" mini-hoteldə isti su boru xətti partlayıb, hoteli su basıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı beş nəfər ölüb, daha üç nəfər yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

# 1287
avatar

Oxşar yazılar