Sabah qar yağacaq - PROQNOZ
19 yanvar 2020 13:25 (UTC +04:00)

Sabah qar yağacaq - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağan yağıntının səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 2-4° isti, gündüz  6-8° isti, Bakıda  gecə 2-4° isti, gündüz  6-8° isti olacaq.

Atmosfer  təzyiqi  normadan yüksək 772 mm  civə sütunu təşkil edəcək.  Nisbi rütubət 75-85  % olacaq.   

Yanvarın 20-də Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı  gözlənilir.  Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək.   Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək  isti, gündüz  6-10°  isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti  olacaq.

# 2674
avatar

Oxşar yazılar