11128
09:10
21 Yanvar 2020

Zita-Gita, Fatima və Bobbi: Bollivudun ən populyar 3 ulduzunun taleyi necə olub?

Bu Hindistan aktrisalarının albom üçün açıqcaları qatarlarda da satılardı. O zamanlar həmin açıqcaları onların pərəstişkarları olan sovet tamaşaçıları isti pirojnalar kimi alardılar. Uzun illərdən sonra onların taleyi necə olub?

Hema Malini

Aktrisa bu kinoda əkiz bacıları oynadığına görə "Ən yaxşı Aktrisa mükafatını" aldı.

Malini dərhal kinoya çəkilməyib. O, Bollivudda sınaqdan keçəndə artıq uğur qazanmış gənc rəqqasə idi. Kinoda dərhal çəkilməyinin imtina səbəbləri arasında güclü Cənubi Hindistan ləhcəsi də vardı. Nəhayət, Rac Kapurun filminə çəkilməyə qaraçı rəqqasə rolunu oynaya biləcək qız lazım olur. O həm də birbaşa ritmik bədən hərəkətlərini bacarmalı idi. Malini onda ilk böyük rolunu alır. Sonradan məhz həmin roluna görə dəfələrlə qaraçılarla bağlı ssenarilərə dəvət edirlər.
Hema bir qadının mütərəqqi baxışlarını təsdiqləyən rollara üstünlük verirdi. “Zita və Gita” filmi çəkiləndə sistemli zorakılığa qarşı çıxmaq məsələsi qaldırılır.

"Gözəl Rəqqasə"də karyerasında özünü qadın kimi təsdiqləyir. Basanti rolunu oynadığı “Qanun və intiqam” filmindən sonra Malini Hindistanda yüzlərlə qadın pul qazanmaq, taksi işçisi peşəsini öyrənmək qərarına gəlir. Basanti ekranda at belində qaçırdı, bu filmə qədər isə hindistanlı qızlar üçün bu cür işlər günah hesab olunurdu.

Əlbətdə ki, Hema Dehli Sultanlığının əfsanəvi hökmdarı Raziyyə rolunu oynayıb. Hema çəkiliş meydançasında dəfələrlə digər hindistanlı populyar aktyor Charmendra ilə qarşılaşıb. O bir anda Malinin qayğısına qalmağa başlayır, amma əlbəttə ki, diqqətindən imtina edir, çünki aktyor evli idi.
Dharmendra nəhayət Hemanı niyyətinin ciddi olduğuna inandıra bilir. Nəhayət, onlar evlənirlər. Artıq uzun illərdir sovet tamaşaçılarının ən sevimli hindistanlı aktyor cütlüyü xoşbəxt ailədir. Hər ikisi ötən illərdə filmlərə çəkiliblər və Hemaya hələ də yaşlanmasına baxmayaraq ərindən daha çox tələbat var. Malini üçün son illərin tipik filmlərindən biri Hindistandakı gənc dul qadınların durumunu əks etdirən vəziyyətini qaldıran “Ata” filmidir. O, filmdə dul qadının qaynanası rolunu oynayır. O, eyni zamanda özünün 3 filminə də rejissoru olub.

Zinat Aman

Zinat Amanı SSRİ-də “Əbədi sevgi nağılı” filmindən sonra sevirdilər. O, həmin filmdə hökmdarlıq edən şahzadə rolunu oynayırdı. Lakin sovet tamaşaçıları üçün SSRİ-Hindistan birgə layihəsi olan “Əlibaba və Qırx quldurun sərgüzəştləri” filmi ilə populyarlıq qazanıb. Həmin filmdə onunla birlikdə Hema Malini, Dharmendra və Frunzik Mkrtçyan da çəkiliblər. Aman filmdə quldurlar tərəfindən öldürülən məkrli, lakin cəsur bir tacirin qızı Fatimə rolunu oynayıb.

Hindistan tamaşaçıları Zinatın ilk rollarından birinə qəddar ata və ögey anadan qaçan bir qıza çoxdan heyran olmuşdular.
Amanın tərcümeyi-halı çətin ki, o dövrün Hindistan aktrisası üçün səciyyəvi adlandırıla bilər. O, Almaniyada müsəlman və hindi ailəsində doğulub, o, lap balaca olanda valideynlətri ayrılıblar. Anası Zinatı Bombeyə gətirib. Qadın yenidən ərə gedib və Ziant üçün çox uğurlu olub - ögey atamın gözəl insan olduğu ortaya çıxıb.
Məktəbi bitirən Zinat ali təhsil almaq üçün ABŞ-a gedib və jurnalist olmaq üçün qayıdıb.

Qızın cazibədar görünüşü diqqəti cəlb edir və ona model kimi işləmək təklif edilir. O, artıq foto model kimi kino üçün sınaqlara da cəlb olunur – hippi roluna çəkilmək üçün bir qıza ehtiyac vardı və Aman bu mənada mükəmməl idi. Təəssüf ki, Zinatın həyatında rejissorların qəhrəmanlarında gördüyü müstəqillik həmişə çatışmırdı.

Onun həyatındakı ilk kişi evli aktor olur və zinat onun qeyri-rəsmi ikinci arvadı olmağa razılaşır. Ancaq bütün bunlar onunla başa çatır ki, aktyor rəsmi həyat yoldaşı ilə birlikdə Zinatı döyürlər, onun sağ gözünü ciddi zədələyirlər, özlərinə bəraət qazandırmaq üçün isə onun yüngül davranışlı xanım olduğunu iddia edirlər.

Üzləşdiyi bu vəziyyət onun Hollivuddakı karyerasına çox mane olur və uzun müddət Aman ikinci dərəcəli filmlərdəki rollarla kifayətlənməli olur.

O, ikinci dəfə də aktyor Majan Xana ərə gedir. Zinat həmin evlilikdən iki oğul dünyaya gətirir və Majan da onu döyməyə başlayır. 12 illik belə evlilik həyatından sonra Zinat boşanmaq üçün ərizə verir.
Məhkəmə prosesi zamanı spirtli içki həvəskarı olan Majan böyrək çatışmazlığından (digər versiyaya görə, uzun müddət daha çox qazanan Amanın pulu ilə müalicə olunduğu xərçəng xəstəliyindən) ölür.

Qohumları Majanın ölümünə görə Amanı günahlanırır və kütlə hətta onu döymək üçün evinə də gəlir. Qadının döyülməsində 11 yaşlı oğlu Azan da iştirak etdiyindən, aktrisa buna görə uzun müddət depressiyaya düşür.

dəhşətli evliliyinin hekayəsini danışır. Təəssüf ki, Amanın hər küncdə problemlərin müzakirəsi yeni bir faciəyə çevrilir: anası narahatlıqdan ölür.
Zinat 10 il fəaliyyətsizlikdən sonra çəkilişlərə qayıdır. Onun hesabında ümumilikdə 80 film var. Oğlu böyüyəndə ondan üzr istəyir və onlar barışırlar. Onun son filmlərindən biri – hindistanlı mavilərdən bəhs edən “Səbəbini bilmirəm” qalmaqallı filmdir.

Bundan sonra aktyorlardan birinin valideynləri məhkəmə yolu ilə oğlunun artıq onların oğlu olmadığını etiraf etməyə cəhd göstəriblər.

Dimpl Kapadiya


8 iyun 1957-ci ildə anadan olmuşdur. Tam adı Dimpl Cunnibhay Kapadiyadır. Əslən Qucaratlıdır. Aktrisa Tvinkl Xannanın anasıdır. Karyerasına gənc yaşlarından başlayıb. 1973-ci ildə ”Bobbi” filminə çəkiləndə 16 yaşı olub. 1991-ci ildə “Qara şahzadə Adjuba” filminə də çəkilib. 1973-ci ildə Radjeş Xanna ilə ailə həyatı qurub. İki qızı var.

Rac Kapurun SSRİ-dəki ən populyar filmlərindən biri “Bobbi” Dimpl Kapadiyanı sovet insanlarının gözündə əsl ulduza çevirir – oqədər çox sevilir ki, sonradan Sandra Bulloku görəndə çoxları onu məhz “bizim Bobbi” ilə müqayisə edirdilər.

Filmdəki süjetə görə, müxtəlif dinlərdən və sosial dairələrdən olan iki gənc, 16 yaşlı Bobbi və 18 yaşlı Rac bir-birinə vurulur – lakin ətrafındakılar bu sevginin əleyhinə olurlar. Nəhayət, yeniyetmələr ölümdən dönəndə, onların valideynləri hissləri ilə barışmaq qərarına gəlirlər.

Film gənc Kapadiyaya beynəlxalq şöhrət və prestijli Bollvud mükafatını qazandırır. Lakin məhz bu şöhrət onun karyerasına son qoyur – “Bobbi” məşhur aktyor Radjeşa Khannanın diqqətini cəlb edir, ona ərə gedir və onun təkidi ilə çəkilişlərdən vaz keçməyə məcbur olur. Yalnız Radjeşdən boşanandan sonra – 11 il sonra Kapadiya ekranlara qayıdır.

Ancaq o, yalnız yetkinlik yaşına çatdıqda və dramatik istedadını ortaya qoyduğu zaman həqiqətən aktiv şəkildə çəkilir.

Əvvəlki aktrisalar kimi “Bobbi” də ona sovet-Hindistan layihəsində - “Qara şahzadə Ajuba” filmində çəkilmək şansı qazanır.

Onun son dövrlərin ən əhəmiyyətli rollarından biri romantik “Fenninin axtarışında” filmindəki köməkçi rolu idi. Dimplin hər iki qızı aktrisa olur, lakin onlara anaları kimi populyarlığnı təkrarlaya bilmirlər.