"Heyəti gücləndirməyimiz vacibdir" - Elmar Baxşıyev
19 yanvar 2020 09:19 (UTC +04:00)

"Heyəti gücləndirməyimiz vacibdir" - Elmar Baxşıyev


"Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirdik. Bu görüşlər komanda üçün çox faydalıdır".

Apasport.az saytının məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirən “qırmızı-qaralar” Rusiya təmsilçisi “Çayka” üzərində 3:0 hesablı qələbə qazanıb.

Oyunla bağlı fikirlərini bölüşən Baxşıyev yetirmələrinin hazırlığından razılıq bildirib: "Keçirilən yoxlama görüşlərində bütün futbolçulara şans veririk. Bu, onların hazırkı durumunu bilmək, həm də oyunçulardan bəzilərini müxtəlif mövqelərdə yoxlamaq imkanı verir. Qış fasiləsində heyəti gücləndirməyimiz vacibdir. Antalya toplanışının ilk həftəsini arxada qoymuşuq. Bu 7 gün ərzində hər şey qaydasında, məşq prosesi plan üzrə gedir. Komanda üzvləri məşqlərdə verilən tapşırıqları əzm və istəklə yerinə yetirirlər. Oyunçuların hazırlıq prosesinə belə yanaşması bizi sevindirir”.

Qeyd edək ki, yanvarın 26-dək Antalyada hazırlıq keçəcək "Qəbələ" toplanış zamanı "Etar" (Bolqarıstan - 22 yanvar) və "Dunav"la (Bolqarıstan - 25 yanvar) yoxlama oyununda qarşılaşacaq.

# 1547
avatar

Oxşar yazılar