Bu rayonda 4 narkotik alverçisi tutuldu
18 yanvar 2020 17:39 (UTC +04:00)

Bu rayonda 4 narkotik alverçisi tutuldu

Cəlilabadda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotik maddələrin satışı ilə məşğul olan daha 3 nəfər saxlanılıb. Əməliyyat zamanı  Göytəpə şəhər sakinləri Abdulla Zeynalov, Gündüz Məmmədov və Şakir İsmayılov tutulublar. A.Zeynalovun üzərində şəxsi axtarış aparılan zaman 3,390 qram heroin, G.Məmmədovdan 3 kiloqram 350 qram heroin, Ş.İsmayılovun üzərindən isə ümumi çəkisi 1,364 qram olan heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq dəstə üzvü Ş.İsmayılovun yaşadığı evdə də külli miqdarda narkotik vasitə saxladığı məlum olub. Onun rayon ərazisindəki evinə baxış zamanı əlavə olaraq satış üçün əldə etdiyi 4 ədəd bağlamaq qablaşdırılan ümumi çəkisi 2 kiloqram 565 qram heroin aşkar olunaraq götürülüb.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi daha bir tədbir zamanı Göytəpə şəhər sakini Aftandil Ağayev də saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman cibindən 29 büküm ümümi çəkisi 7,461 qram heroin aşkar olunub. Əməliyyat –axtarış tədbirlərinin davamı olaraq  A.Ağayevin evinə baxış zamanı əlavə olaraq 2 ədəd bağlama təmiz çəkisi 2 kiloqram 200 qram olan heroin və 40 ədəd bükümdə ümumi çəkisi 2,43 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları bu ilin yanvar ayı ərzində ayrı-ayrı şəxslərdən ümumilikdə güclü təsirə malik 16 kiloqrama yaxın heroin və metamfetamin aşkar edərək götürüblər.

# 1434
avatar

Mehman Nəbiyev

Oxşar yazılar