İrandan dəvə ilə səyahətə çıxdı: 9 ay sonra Gəncəyə çatdı
18 yanvar 2020 12:57 (UTC +04:00)

İrandan dəvə ilə səyahətə çıxdı: 9 ay sonra Gəncəyə çatdı

9 ay əvvəl İranın cənubundan səyahətə çıxan iranlı turist Gəncəyə çatıb.

Dəvə ilə səyahətə çıxan Məhəmməd Əmiri Rudan İranın Bəndər-Abbas şəhərindəndir. O, ötən ilin may ayında İranın cənubundan dünya səyahətinə çıxıb. Doqquz ay sonra Azərbaycana çatan iranlı turis ötən gün Gəncə şəhərində olub.

Məhəmməd Əmiri Rudan APA-nın yerli bürosuna açıqlamasında Gəncənin tarixi haqqında çox eşitdiyini, lakin bu şəhəri heç vaxt görmədiyini deyib: “Mən artıq haqqında çox eşitdiyin Gəncə şəhərindəyəm. Burada dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcəm və şəhərin bir çox yerlərini gəzəcəm”.

Məhəmməd Əmiri qeyd edib ki, Azərbaycana qədəm qoyduğu gündən əhali onu səmimiyyətlə, qonaqpərvərliklə qarşılayıb: “Çox gözəl ölkəniz var, insanlarınız çox mehriban, gülərüz, qonaqpərvərdirlər”.

Qeyd edək ki, iranlı turist Məhəmməd Əmiri Azərbaycanda Avropaya getmək niyyətindədir. Avropa səyahətindən sonra isə o, Mərkəzi Amerika, Avstraliya və Afrika ölkələrini də gedəcəyini açıqlayıb.

# 1503
avatar

Oxşar yazılar