Türk əsilli futbolçu “Yuventus”dan getmək istəyir
17 yanvar 2020 19:02 (UTC +04:00)

Türk əsilli futbolçu “Yuventus”dan getmək istəyir

 

 “Yuventus”da oynayan türk əsilli almaniyalı futbolçu Emre Can İtaliya klubndan ayrılmaq haqqında düşünür.  

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, ötən mövsüm “Liverpul”dan “Yuventus”a transfer olan Emre Can İtaliya macərasını başa vurmaq istəyir. 2018-19-cu il mövsümündə Turin klubu ilə çıxdığı 37 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə verən, bu mövsüm isə kifayət qədər oynamaq şansı olmayan 26 yaşlı oyunçu “Yuventus”dan ayrılmaq astanasındadır. 

“Yuventus”un UEFA-ya verdiyi Çempionlar Liqası siyahısında yer almayan, çempionatda da sadəcə 8 oyunda 279 dəqiqə meydanda olan təcrübəli futbolçu, İtaliya mətbuatının yazdığına görə, idman direktoru Fabio Paratici ilə görüşmək tələb edib. 

Paratici bu günlərdə açıqlamasında “Emre Can qəti şəkildə bizimlə qalacaq. O, beynəlxalq səviyyədə hər kəsin istəyəcəyi bir yarımmüdafiəçidir. Bizimlə qalacaq”, ifadələrini işlədib. 

2022-ci ilə qədər müqaviləsi olan Emrenin isə buna baxmayaraq, Turin klubundan ayrılaraq daha çox oynaya biləcəyi bir komandaya transfer olmağı istədiyi bildirilir. 

 

# 1967
avatar

Oxşar yazılar