Harri Keyn 6 ay oynamayacaq
17 yanvar 2020 10:28 (UTC +04:00)

Harri Keyn 6 ay oynamayacaq

"Tottenhem"in hücumçusu Harri Keyn uzun müddətə sıradan çıxıb.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, tibbi müayinədən keçən forvardın durumunun ciddi olduğu aşkarlanıb.

Tanınmış cərrah Kris Uilson İngiltərə millisinin üzvünün Avropa çempionatını buraxacağını bildirib: "Düşünürəm ki, Keyn 6 ay futbol oynamayacaq. Əməliyyatdan sonra ona uzun müddət bərpa dönəmi lazım olacaq. Keynin apreldə qayıdacağını deyirlər. Ancaq indiki durumda bunu edə bilsə, təəccüblənərəm. Harri yalnız gələn mövsümə hazır ola bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1284

Oxşar yazılar