
Musiqili Teatrda “O olmasın, bu olsun” oynanılacaq
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaca məşhur “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası oynanılacaq.
Lent.az xəbər verir ki, fevralın 2-də təqdim ediləcək tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlərdir.
Səhnə əsərində rolları əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Əzizağa Əzizov, aktyorlar - Möylə Mirzəliyev, Nadir Xasıyev, Səmədzadə Xasıyev, Türkel Tariqpeyma, Əliməmməd Novruzov, Elxan İsmayılov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Elməddin Dadaşov, Fərid Rzayev, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev və başqaları canlandıracaq.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş möhtəşəm tamaşa Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovanın quruluşunda səhnəyə qoyulub. İllərdir səhnədən düşməyən bu komediya hər dəfə böyük maraqla izlənilir, rəğbətlə qarşılanır

Ramilə Qurbanlı
Oxşar yazılar

Yol çəkirdilər qiymətli tarixi abidələr aşkarladılar - FOTO
23 yanvar 2021 , 04:10
Unudulan zurna, Venesiyada nəzarətçiləri yoran Aygün Səmədzadə - "Bir dəfə uzaqlarda"
22 yanvar 2021 , 18:49
Xanın kasıb nəvəsi: “Ora dəvət olunanda qorxdum”... 77 yaşlı sənətkarın həyat HEKAYƏTİ
22 yanvar 2021 , 11:19
Xalq artisti infarkt keçirdi, reanimasiyadadır
18 yanvar 2021 , 15:55
“Qarabağ şikəstəsi”ni dinləyib, döyüşə girirdilər... – VİDEO - FOTO
16 yanvar 2021 , 10:00
Şuşaya qayıtmaq haqqı... - FOTOLENT - YENİLƏNİB
15 yanvar 2021 , 12:43
“Yeralaş”ın bədii rəhbəri koronavirusdan vəfat etdi
15 yanvar 2021 , 00:34
ICESCO-dan təklif: "Şuşa İslam dünyasının mədəniyyət paytaxtı olsun"
14 yanvar 2021 , 17:24