1218
17:35
15 Yanvar 2020

YAP üzvünün deputatlığa namizədliyi qeydə alınmadı

Öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Topçuyev Azər Yusif oğlunun namizədliyi qeydə alınmayıb.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib ki, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Topçuyev Azər Yusif oğlu sənədlərini dairə seçki komissiyasına təqdim etməkdən imtina edib. O, DSK-ya inamının olmadığını əsas gətirərək, sənədlərini DSK-ya təqdim etməkdən imtina edib, daha sonra valideynlərinin iştirakı ilə sənədlərini təqdim edəcəyini bildirib.

Lakin valideyinləri gəlsə də, namizəd sonradan sənədlərini təqdim etməyib. Belə olan halda dairə seçki komissiyası onun namzədliyini qeydə almayıb. Lakin namizəd sonradan Mərkəzi Seçki Komissiyasına müraciət edərək namizədliyinin qeydə alınmamasından şikayət edib. MSK müraciətə baxaraq, namizədin müraciətinin əsassız olduğunu bildirib və DSK-nın qərarını qüvvədə saxlayıb.