Xoşbəxt Yusifzadənin adı yeni gəmiyə və məktəbə veriləcək
15 yanvar 2020 17:28 (UTC +04:00)

Xoşbəxt Yusifzadənin adı yeni gəmiyə və məktəbə veriləcək

Prezident İlham Əliyev Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

APA-nın xəbərinə görə, sərəncama əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Gəmiçiliyin yeni gəmisinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, görkəmli neftçi alim və geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin adının verilməsini təmin etməlidir.  Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin adı veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1276

Oxşar yazılar