14:17
15 Yanvar 2020

Vilayət Eyvazov polis polkovnikinə yeni vəzifə verdi

Bakı Şəhər Baş Polis İdarəsində kadr dəyişikliyi olub.

Lent.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovniki Nazim İsmayılov vəzifəsindən azad olunub. N.İsmayılov Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə BŞBPİ-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi vəzifəsinə təyin təyin olunub. Məlumatı BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az -a təsdiqləyib.

Dİgər xəbərlər