Bu magistral yolun ödənişli olması ilə bağlı hökumətə müraciət edildi
15 yanvar 2020 11:51 (UTC +04:00)

Bu magistral yolun ödənişli olması ilə bağlı hökumətə müraciət edildi

 

Ələt-Astara istiqamətdə yeni tikilən avtomobil yolunun ödənişli olması ilə bağlı konsepsiya hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

"APA-Economics"in məlumatına görə, bunu YAP-ın qərargahında keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, yolda turniketlər quraşdırılacaq və bu qurğular tender yolu ilə alınacaq.

"Tariflər müəyyən olduqdan sonra Tarif Şurasına təqdim olunacaq", - deyə S. Məmmədov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2321

Oxşar yazılar