Rusiyalı jurnalistin acı AQİBƏTİ: pəncərədən düşüb...
14 yanvar 2020 18:53 (UTC +04:00)

Rusiyalı jurnalistin acı AQİBƏTİ: pəncərədən düşüb...

 

“Rusiya bu gün” beynəlxalq informasiya agentliyinin jurnalisti Antonio Manuel Sançesin psixoloji problemləri olub və pəncərədən düşən zaman özünü pis hiss edib.

Lent.az Lenta.ru-ya istinadla xəbər verir ki, yanvarın 13-də saat 10 radələrində arvadı Barbara evdən çıxandan sonra ailənin kirayə götürdüyü 8-ci mərtəbədəki mənzildən aşağı düşüb. Şahidlərin sözlərinə görə, o, ayaqyalın və pijamada olub. Əsəbi vəziyyətdə olan jurnalist titrəyir və ağlayırmış. 

Digər məlumata görə, o, bütün gecəni yatmayıb və özünü çox pis hiss edib. Təsili yardım çağırılıb, kişi həyətdən evə qaytarılıb və qapını kilidləməməsi xahiş olunub.  Doqquz dəqiqə keçəndən sonra aptekdən dərman alan arvadı evə qayıdıb. 

Çağırışa gələn təcili yardım həkimləri pasientdə ürək ritminin pozulması diaqnozunu qoyublar. Dərman preparatlarını qəbul etdikdən sonra jurnalistin vəziyyəti yaxşılaşıb. 

Günün qalan hissəsində ərlə-arvad mənzildən bayıra çıxmayıb. Axşam saat 20-yə yaxın jurnalistin həyat yoldaşı lift tərəfə qaçıb. O, ərinin küçədə meyitini aşkar edib.

# 1100
avatar

Oxşar yazılar