Xərçəngdən əziyyət çəkən əməkdar artist AĞLADI - FOTO
14 yanvar 2020 16:57 (UTC +04:00)

Xərçəngdən əziyyət çəkən əməkdar artist AĞLADI - FOTO

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova “Səni axtarıram” verilişində qonaq olub.

Lent.az-ın məlumatına görə, verilişdə aktrisa uzun illər mübarizə apardığı xərçəng xəstəliyindən danışıb: "Moskvada onkoloji xəstəlikdən əziyyət çəkdiyimi biləndə, həkimə dedim, istəmirəm ki, bunu kiməsə keçirdim. Elə bilirdim ki, bu xəstəlik yoluxucudur. Amma həkim mənə başa saldı ki, bu hüceyrə insanın içindədir, bu kiməsə yoluxmur. O biri insanlardan bizə nəsə yoluxa bilər. Çünki immunitet həddən artıq aşağı düşür. Xəstəliyi bilən anda düşündüm ki, Bakıya qayıdaram, bir ev tutaram, övladlarıma uzaqdan baxaram, onlara yaxınlaşmaram. Həmin vaxt çay içirdim. Həkim çayı əlimdən alıb içdi, dedi ki, bu yoluxucu deyil”.  

Qeyd edək ki, H.Nəsirova xeyli vaxtdır süd vəzisi xərçəngindən əziyyət çəkir. Bir neçə il öncə Moskvada ağır əməliyyat keçirib.

# 33625
avatar

Yalçın UĞUR

Oxşar yazılar