İdarəetməni itirdi, 4 maşına çırpıldı
13 yanvar 2020 18:55 (UTC +04:00)

İdarəetməni itirdi, 4 maşına çırpıldı

Bakının Xətai rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının qarşısında, Xudu Məmmədov küçəsi ilə yüksək sürətlə hərəkətdə olan “Toyoto Lamd Cruiser” markalı nəqliyyat vasitəsi xəstəxananın qarşısında dayanan iki “Mercedes” və bir “Hyundai” markalı avtomobillərə çırpılıb. İdarəetmədən çıxan “Toyoto” sonda “QazEL” markalı yük avtomobilinə çırpılaraq dayanıb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1396

Oxşar yazılar