“YARAT”da böyüklər üçün ustad dərsləri təşkil edilib
13 yanvar 2020 13:54 (UTC +04:00)

“YARAT”da böyüklər üçün ustad dərsləri təşkil edilib

Yanvarın 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərsləri olacaq.

“YARAT”dan  Lent.az-a bildirilib ki, “Özünü kəşf et”– yaradıcılıq ab-havası ilə dolu rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar gündəlik həyat işlərini kənara qoyub, özlərini tamamilə yaradıcılığa həsr edəcəklər.

Bu layihə dost və ailə mühitində yaradıcılıq vasitəsi ilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsətdir. Dərslər zamanı iştirakçılar bütün ləvazimatlarla təmin olunacaq. Bütün ləvazimatlar XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi tərəfindən qarşılanacaq. Təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər.

Yanvarın 22-dək davam edəcək ustad dərsləri çərşənbə günləri, saat 19:00-dan 21:00-dək keçiriləcək.

# 1693
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar