“Türkiyənin səsi” internet radiosunun Azərbaycan redaksiyası mükafatlandırıldı
10 yanvar 2020 23:06 (UTC +04:00)

“Türkiyənin səsi” internet radiosunun Azərbaycan redaksiyası mükafatlandırıldı

 

Türkiyədə qeyd olunan 10 yanvar - mətbuat günü ilə əlaqədar Azərbaycan Respublikası Dünya Jurnalistlər Birliyi (DJB) və İç Anadolu Birliyinin (İÇAN) birgə təşkilatçılığı ilə Ankarada “Ankaradan Bakıya uzanan mədəniyyət, sənət və təhsil” layihəsi çərçivəsində iki ölkə jurnalistlərinin birgə əməkdaşlığına dair ədəbi-bədii tədbir keçirilib.

Lent.az-ın xəbərinə görə, tədbirdə Azərbaycan və Türkiyənin ədəbiyyat, incəsənət, media nümayəndələri iştirak ediblər. 

Mükafat alanlar arasında TRT-nin “Türkiyənin səsi” internet radiosunun (TRT Dış Yayınlar Dairesi Başkanlığı) Azərbaycan redaksiyası da təltif olunub. Türkiyə-Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin qorunub-saxlanılmasında fəaliyyətə görə redaksiyanın əməkdaşı Sevda Mirzəyə (Mirzəyeva) Fəxri diplom təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1418

Oxşar yazılar