Xəzər Rayon Məhkəməsində 93 ədəd qaz sayğacını oğurlamaqda təqsirləndirilən Mahir Vüqar oğlu Əliyev və Elçin Böyükağa oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-a "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, prosesdə elan edilən hökmə əsasən hər iki şəxs 3 il azadlıqdan məhrum edilib.
Həmin şəxslər 2018-2019-cu illərdə Xəzər rayonunun Qala, Şüvəlan və Türkan qəsəbələrində ayrı-ayrı ünvanlarda vətəndaşlara məxsus fərdi yaşayış evlərinə quraşdırılmış 93 ədəd qaz sayğacını oğurlayıblar.