1173
17:22
09 Yanvar 2020

Deputatlığa namizədlərin sayı açıqlandı

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2416 nəfər müraciət edib.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, müraciət edənlərdən 2305 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib: “Onlardan 2193 nəfəri imza vərəqələrini artıq götürüb, 1255 nəfər imza vərəqələrini qaytarıb, 689 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.