Badamdarda sürüşmə baş verdi: yol bağlandı - YENİLƏNİB
09 yanvar 2020 09:54 (UTC +04:00)

Badamdarda sürüşmə baş verdi: yol bağlandı - YENİLƏNİB

"Yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib".

 

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib. O qeyd edib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur.

 

ETSN tərəfindən ərazidə monitorinqlər aparılır.

09:17

 

Badamdarda baş verən sürüşmə nəticəsində 20-ci sahəyə gedən yol bağlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, sürüşmə nəticəsində köhnə sürüşmə sahəsinə aid torpaq qatının bir hissəsi uçaraq yola tökülüb. Sürüşmə sahəsinin eni 80 metrə yaxındır.

08:48

Badamdarda sürüşmə olub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, hazırda nazirlik əməkdaşları hadisə yerinə gedirlər: "Hadisə yerinə çatandan sonra bunun sürüşmə və ya uçqun olduğu aydınlaşacaq". 

Qeyd edək ki, sözügedən ərazidə sonuncu sürüşmə 2018-ci ildə olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3033

Oxşar yazılar