“Тurkish Airlines” İran və İraqa uçuşları dayandırıb
09 yanvar 2020 08:36 (UTC +04:00)

“Тurkish Airlines” İran və İraqa uçuşları dayandırıb

 

 

Türkiyənin “Тurkish Airlines” Hava Yolları aviaşirkəti İran və İraqa uçuşları cümə axşamı saat 21:00-dək dayandırıb.

APA-nın məlumatına görə, bu barədə RİA Novosti-yə aviaşirkətin nümayəndəsi məlumat verib.

"Aviaşirkətimiz İran və İraq hava limanlarına edilən bütün uçuşları yanvarın 9-u saat 21:00-a qədər təxirə salmağı qərara alıb", - mənbə bildirib.

Qeyd edilib ki, sözügedən ölkələrə uçuşların dayandırılması vəziyyətdən asılı olaraq uzadıla bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1346

Oxşar yazılar