2093
15:38
08 Yanvar 2020

Arıqladan salatlar

Pəhriz saxlamaq və artıq çəkidən qurtulmaq istəyən hər bir kəsin immuniteti aşağı düşür. Buna görə də elə pəhrizə əməl etmək lazımdır ki, həm immunitet normada qalsın, həm də artıq çəkilərdən xilas olasınız.

İçərisi vitaminlərlə bol olan pəhriz salatı təqdim edirik.

1. Salatın yarım payı 260 kkl.dir.

· 1/2 avakado
· 10 ədəd krevet
· 1/2 şirin (qırmızı) bibər
· 2 ədəd turp
· 2 x/q. yağsız yoqurt
· 2 x/q. limon şirəsi
· Şüyüd

Salatı gündə iki yerə bölüb, yemək məsləhətdir. Bu, həm piylərin əriməsinə, həm də immunitetin normada qalmasına kömək edir.

2. Hil orqanizmdəki yağları parçalayır və arıqlama prosesini sürətləndirir. Buna görə də pəhriz saxlayarkən, hillə dəmlənmiş çay içib, həftədə ən az 3 dəfə ondan hazırlanan salat yeyin. Salat üçün...

· 1kq. kök
· 0,5 ç/q. hil
· 2 x/q. xardal toxumu
· Azca duz
· 4 x/q. bitki yağı

Kökü doğrayıb, üzərinə su töküb, sobaya qoy. Kənarda hili əzib, xardal toxumu ilə qarışdır. Yumşalmış kökü əzib, hilli məhlulla qarışdırıb yeyin.

Maraqlı:
Piyləri əritmək üçün ən yaxşı vasitələrdən biri də kivi şirəsi içməkdir. O, həm orqanizmi C vitamini ilə təmin edir, həm də piyləri parçalayır. 1 stəkan kivi şirəsi cəmi 42 kaloridir. O, həm də solğun dərini müalicə edir, onu təravətləndirir.

(axşam.az)