1987
11:55
08 Yanvar 2020

Xamenei ABŞ hərbi bazalarına hücuma münasibət bildirdi: davam edəcəyik

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei İraqda ABŞ hərbi bazalarına hücuma münasibət bildirib.

APA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, Xamenei deyib ki, bu istiqamətdə addım atmaqda davam edəcəklər.

“Biz addımlarımızı atmağa davam edəcəyik”, - deyə İranın Ali Rəhbəri qeyd edib.

Xatırladaq ki, İran İnqilab Keşikçiləri Korpusu general Qasım Süleymaninin öldürülməsinə görə qisas əməliyyatının başladığını elan edib və ABŞ-ın İraqdakı hərbi bazalarına zərbələr endirib. KİV-in məlumatına görə, İranın İraqda yerləşən ABŞ hərbi bazalarına raket hücumu nəticəsində 80 nəfər ölüb. Hücumdan sonra ABŞ Prezidenti Donald Tramp "hər şeyin qaydasında olduğunu” deyib.

Dİgər xəbərlər