Qasım Süleymani dəfn edildi  - YENİLƏNİB
08 yanvar 2020 11:03 (UTC +04:00)

Qasım Süleymani dəfn edildi - YENİLƏNİB

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymani dəfn edilib.

APA-nın məlumatına görə, Q. Süleymani doğulduğu Kirman şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, dünən izdiham müşahidə olunduğundan dəfn mərasimi təxirə salınıb. Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda 56 nəfər ölüb, 200-dən çox şəxs xəsarət alıb. 

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

***

07:35

ABŞ-ın İraqda apardığı əməliyyat zamanı raket zərbəsi ilə öldürülən İran generalı Qasım Süleymaninin dəfn mərasiminə başlanılıb.

APA xəbər verir ki, bu barədə “Press TV” telekanalı məlumat yayıb.

“Süleymaninin dəfn mərasimi onun doğma şəhəri Kermanda icra olunur”, - telekanalın “Twitter” səhifəsində bildirilib.

# 1880
avatar

Oxşar yazılar