AFFA-da vitse-prezidentlərlə bağlı yeni QƏRAR
08 yanvar 2020 10:52 (UTC +04:00)

AFFA-da vitse-prezidentlərlə bağlı yeni QƏRAR

AFFA-nın vitse-prezidentlərinin sayı 4-ə çatdırılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərar qurumun növbədənkənar Konfransında verilib.

Assosiasiyada yeni – icraçı vitse-prezident vəzifəsi də təsis edilib. Bununla yanaşı, daha bir vitse-prezident ştatına ehtiyac duyulub.

Qeyd edək ki, bunadək qurumun vitse-prezident vəzifələrini Rauf Əliyev və Elşad Nəsirov tuturdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1401

Oxşar yazılar