Daha bir narkotacir saxlanıldı - FOTO
08 yanvar 2020 09:16 (UTC +04:00)

Daha bir narkotacir saxlanıldı - FOTO

Xaçmazda narkotik satan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini Çingiz Məmmədov saxlanılaraq polis şöbəsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman qurudulmuş marixuana aşkar olunub.

Dindirilmə zamanı Ç.Məmmədov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduğu etiraf edib.

Qeyd olunan faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1172

Oxşar yazılar