2864
19:38
07 Yanvar 2020

YAP-dan namizədlikləri qeydə alınanların sayı AÇIQLANDI

Milli Məclisə seçkilərdə iştirak etmək üçün Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü 123 namizəd Dairə Seçki Komissiyalarında rəsmi qeydiyyata alınıblar.

APA-nın məlumatına görə, bu barədə baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov öz rəsmi "facebook" səhifəsində yazıb.

O bildirib ki, YAP parlament seçkilərində partiya kimi iştirak etmək hüququ qazanıb: "Diqqət çəkən xüsusi məqam odur ki, seçki prosesində iştirak etmək məqsədi ilə DSK-lara müraciət edənlərin sayı 2000 nəfərdən artıqdır. Deməli, 9 fevral seçkilərinə böyük maraq var və çoxlu sayda namizədlərin irəli sürülməsi, qeydiyyata alınması seçki prosesinin tam demokratik mühitdə həyata keçirilməsindən xəbər verir. Reallıq radikal müxalifətin iddia və yalan təbliğatının əksini göstərir. Partiyamızın fevral ayının 9-da növbəti qələbə qazanacağına inanıram, namizədlərimizə uğurlar diləyirəm".