Azərbaycanda narkobaron saxlanıldı
07 yanvar 2020 10:06 (UTC +04:00)

Azərbaycanda narkobaron saxlanıldı

 

Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, onların satışı ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının əldə etdiyi məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin saxlanılması və onun satışı ilə məşğul olan Zaqatala şəhər sakini, əvvəllər də məhkum olunmuş 42 yaşlı Rəşad Hünərbəri saxlanılıb.

Qanunvericiliklə müəyyən edilmiş qaydada onun yaşadığı evə baxış keçirilən zaman oradan ümumi təmiz çəkisi 62,27 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2272

Oxşar yazılar