Türkiyənin Milli Təhlükəsizlik Təşkilatının yeni binası - FOTO
06 yanvar 2020 19:14 (UTC +04:00)

Türkiyənin Milli Təhlükəsizlik Təşkilatının yeni binası - FOTO

Türkiyə Milli Təhlükəsizlik Təşkilatının Ankaranın Etimesgut rayonunun ərazisində tikilən yeni inzibati binasının açılış mərasimi olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edib.

Dövlət başçısı tədbirdə çıxış edərək Türkiyənin dövlətçilik tarixində təhlükəsizlik orqanlarının xidmətini yüksək dəyərləndirib. Prezident Ərdoğan bildirib ki, Osmanlı dövlətinin quruluşundan bəri xüsusi xidmət orqanlarının fəaliyyətinə önəm verilib. Bu missiya müasir dövrdə uğurla davam etdirilir.

“Qala” adlı kompleks texnoloji və təhlükəsizlik baxımından ən yüksək səviyyədə müdafiə olunur. Binanın yerləşdiyi ərazi üç metr hündürlüyündə hasarla əhatəyə alınıb.

(AZƏRTAC)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5689

Oxşar yazılar