İmişlidə 5 otaqlı ev yandı
06 yanvar 2020 09:41 (UTC +04:00)

İmişlidə 5 otaqlı ev yandı

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, qəsəbədə ümumi sahəsi 80 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3447

Oxşar yazılar