7414
10:43
05 Yanvar 2020

Afət ərizəsini geri götürür: "Lənət şeytana"

Müğənni Afət Fərmanqızı ATV-də yayımlanan “Ən yaxşı” proqramında qonaq olub.

Verilişin aparıcısı Mətanət Əliverdiyeva Xalq artisti Flora Kərimovadan söz açıb. Bu vaxt Afət Kərimovanın ünvanına xoş sözlər yollayaraq, onun haqqında müsbət fikirlər səsləndirib:

“Bizim evdə Flora xanımın mahnılarından ibarət disk var. Onun sənətinə və insanlığına çox böyük hörmətim var. O, gənclərə hər zaman dəstək olub. Şəxsən mənə dəstək olmasa da, bilirdim ki, ondan hansısa bir kömək istəsəm, əsirgəməyəcək”.

Müğənninin sözünü yarımçıq kəsən Əliverdiyeva “Gedib o ərizəni geri götürə bilərikmi? Lap istəsən, mən də gedim səninlə" deyərək Afətə müraciət edib. İfaçının cavabı isə həm aparıcını, həm digər qonaqları, həm də proqrama qonaq olan tamaşaçıları təəccübləndirib:

“Baş üstə. Ərizəmi geri götürürəm. Flora xanımın sənətinizə, böyüklüyünüzə və Mətanət xanımın sözünə baş üstə deyib, sözümün üstünə dururam. Düşünürəm ki, Flora xanım mənə ünvanladığı o neqativ və mənfi sözləri demək istəməyib. Nə cürsə desə də, amma “keçənə güzəşt” deyirlər. Lənət olsun şeytana”.

Qeyd edək ki, tərəflərin münasibətinin korlanmasına səbəb xalq artisti Flora Kərimovanın Afət Fərmanqızının “Sığmazam” qəzəlini oxumasını tənqid etməsi olub. Sənətkar bir sıra proqramlarda müğənnini tənqid edərək, onun ünvanına xoşagəlməz ifadələr işlədib. Hər iki müğənni aralarında yaşanan soyuq savaşı məhkəmədə davam etdirmək qərarına gəliblər.

(Axşam.az)